Dünyanın ilk idman avtomobili hərracda 657 min 185 dollara satılıb.
AzərTAc CNN-ə istinadən xəbər verir ki, “Vauxhall Prince Henry” adlanan avtomobil 1911-1914-cü illərdə istehsal edilib.
Çəkisi 1250 kiloqram olan avtomobil Laurence Pomeroy tərəfindən dizayn edilib. Onu ilk olaraq ingilis iş adamı T.W.Badgeri, daha sonra 1945-ci ildə Laurence Pomeroyun oğlu, 1970-ci ildə isə Reg Long adlı şəxs satın alıb. Long 2016-cı ildə vəfat etsə də, avtomobil hələ də əvvəlki kimi işləyir.
“Vauxhall Prince Henry” idman avtomobilinin hazırda 102 yaşı var.