Bakı Nəqliyyat Agentliyi (BNA) 7 saylı marşrut xəttinin bağlanmasına aydınlıq gətirib.
"APA-Ecoonmics"in xəbərinə görə, BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib ki, sözügedən marşrut xətti 90 və 93 saylı marşrut xətləri ilə üst-üstə düşdüyü və marşrut xətləri təkrarlandığı üçün qurum bu xəttin bağlanmasını məqsədəuyğun bilib.