
Aprelin 24-də İranda yaşayan ermənilər Tehran şəhərində yürüş-mitinq keçiriblər.
APA-nın “Öyrənci səsi”nə istinadən məlumatına görə, qondarma erməni soyqırımının tanınması tələbi ilə keçirilmiş piketdə İran parlamentində təmsil olunan erməni deputatlar da iştirak edib.
İran Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış aksiyada yüzlərlə nümayişçi Türkiyənin İrandakı səfirliyinin binası qarşısına toplaşaraq bu ölkənin və xalqının əleyhinə şüarlar səsləndiriblər. Eyni zamanda piketdə rəsmi Ankaradan Suriyanın daxili işlərinə müdaxiləyə son qoyması istənilib.
Qeyd edək ki, aprelin 23-də də Tehrandakı Müqəddəs Serkis kilsəsində qondarma erməni soyqırımı ilə bağlı tədbir keçirilib. Yığıncaqda Türkiyə ilə bağlı separatçı fikirlər səsləndirilib. Belə ki, Türkiyənin bir hissəsinin ermənilərin torpaqları olduğu və həmin ərazilərin Ermənistana birləşdirilməsi istənilib.



