Londonda törədilən terror aktında şübhəli bilinən daha 2 nəfər sərbəst buraxılıb.
APA-nın xəbərinə görə, bu barədə Skotland-Yardın saytı məlumat verib.
Onlardan biri girov qarşılığında zaminə buraxılıb, digər şübhəliyə qarşı cinayət təqibinə xitam verilib.
Hazırda hadisə ilə əlaqədar 2 nəfər həbsdə qalır. Ötən axşam hadisə ilə əlaqədar 6 nəfər sərbəst buraxılmışdı.
Qeyd edək ki, martın 22-də Londonda terror aktı nəticəsində 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Terrorçu - Kent qraflığının sakini, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.