”Partlayış yeri kimi Sankt-Peterburq şəhəri təsadüfən seçilməyib. Rusiya prezidenti hazırda bu şəhərdədir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Viktor Ozerov bildirib.
O deyib ki, V. Putinin iştirakı ilə şəhərdə Ümumrusiya Xalq Cəbhəsi təşkilatının mediaforumu keçiriləcək:
“Şəhərdə çoxlu jurnalistlər var. Ona görə də, hesab edirəm ki, partlayışın yeri kimi Peterburq təsadüfi seçilməyib”.
V. Ozerov müvafiq orqanların təhlükəsizlik tədbirləri ilə bağlı öz işlərini yetərincə görmədiklərini də vurğulayıb.