ABŞ-də Kolumbiya Universitetində başlayan Fələstin tərəfdarı etirazlara ölkənin ən qərb hissəsində yerləşən San Fransisko Dövlət Universitetinin (SFSU) tələbələri də cəlb olunub.
525.az xəbər verir ki, Kolumbiya Universitetində qurulan "Qəzza Həmrəylik Düşərgəsi"nə bənzər 20-dən çox çadırın SFSU şəhərciyində də qurulduğu görülüb.
Universitet tələbələri təşkil etdikləri mitinqdə "Fələstinə azadlıq" şüarları səsləndirərkən, rəhbərlikdən potensial tələbə nümayişlərinə qarşı polis qüvvələri göndərməməsini tələb edib.
Qeyd edək ki, ölkə daxilində 70-dən çox universitetdə Fələstinə dəstək aksiyaları keçirilib, yüzlərlə tələbə polis tərəfindən saxlanılıb.
Məhəmməd Tağıyev