Almaniya hüquq-mühafizə orqanları “Borrusiya” Dortmund klubunun avtobusunun gedişi sırasında baş verən partlayışı 2 nəfərin həyata keçirdiyini ehtimal edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan biri artıq yaxalanıb. Terrorçular 3 kiçik ölçülü partlayıcını telefon vasitəsilə aktivləşdiriblər.
Hadisə zamanı ölən olmasa da, Borrusiya klubunun müdafiəçisi Mark Bart xəsarət almışdı.