Rusiya İxrac Mərkəzi gələn il Azərbaycanda Ticarət evi açmağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu Rusiyanın İxrac kreditlərinin və investisiyaların sığortalanması üzrə Agentliyinin müştərilərlə iş və anderraytinq üzrə direktoru Nikita Qusakov Bakıda yerli sahibkarlarla görüşündə deyib.
N.Qusakov bildirib: "Biz ticarət evləri şəbəkəmizi genişləndiririk. Artıq müxtəlif ölkələrdə 4 Ticarət evimiz var".
Onun sözlərinə görə, bu il daha 4-5 Ticarət evinin açılması planlaşdırılır: "Azərbaycanda əsasən kiçik və orta bizneslə işə istiqamətlənmişik".
N.Qusakov qeyd edib ki, Azərbaycanda açılması nəzərdə tutulan Ticarət evi Rusiya İxrac Mərkəzinin Cənubi Qafqazda ilk Ticarət mərkəzi olacaq.