https://525.az/img/pics/medium/2024-05/312635_715my5qmqe.jpg "Müşfiq yaşadıqca Dilbər də yaşayacaq"
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg Əlvida, ey dil?! - Rəvan Cavid yazır
https://525.az/img/pics/medium/2024-05/312666_ww9tupzfb0.jpg "Tikinti şirkətlərinin fəaliyyətinə dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarət də olmalıdır"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg HƏMİŞƏ VAR OLMAQ HAQQINI QAZANMAĞIN BƏDƏLİ - Rafael Hüseynov yazır
search
6 May 2024

Gəncədə Su Festivalı

Gəncədə Su Festivalı
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı qədim Gəncə şəhəri olub.
 
APA-nın məlumatına görə, su səyahətinin Gəncə mərhələsinə Göygöldən start verilib.
 
Sərbəst güləş üzrə 2012-ci il London Olimpiadasının, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin IV sinif şagirdi Aysu Salahova “Bakı-2017”nin misdən hazırlanmış su qabını Göygölün suyu ilə doldurublar.
 
Mərasim Heydər Əliyev Parkındakı Amfiteatrda keçirilən Su festivalı tədbiri ilə davam edib. Oyunların ulduz səfiri, əməkdar artist Tünzalə Ağayeva gəncəliləri təbrik edib, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıb.
 
Göygöldən doldurulan səhəng sakinlər tərəfindən Bakıya yola salınıb.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.