https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Xarici ticarət dövriyyəsi niyə azalır? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/311918_ikxtr2rq0g.jpg XİN rəsmisi ilə dərsdə
https://525.az/img/pics/medium/2024-04/311917_xxohqnysa4.png Marketlərdə dəmirlə zənginləşdirilmiş un satılacaq
https://525.az/img/pics/medium/2023-06/271348_d6k0rg6hcx.jpg Qədim Tyan-Şan qarı - Ağacəfər Həsənli - 70
search
30 Aprel 2024

“Qarabağ” “Barselona” ilə qarşılaşa bilər

“Qarabağ” “Barselona” ilə qarşılaşa bilər
UEFA Gənclər Liqasında çıxış edəcək “Qarabağ”ın 27 potensial rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə bu yarışda çıxış edəcək Ağdam təmsilçisinin U-19 komandasının mümkün rəqibləri iki qrupa bölünür.
 
Azərbaycan millisinin və “Qarabağ”ın əsas komandasının kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19-un rəqibləri ilk növbədə özünün harada oynamasından asılıdı. Söhbət komandanın Çempionlar yolu və ya Çempionlar Liqası yolunda oynamasından gedir.
 
“Qarabağ”ın əsas komandası qitənin ən nüfuzlu klub turnirində qrupa qədər irəliləsə, U-19 da qrupda çıxış edəcək. Burada iştirak edəcək 32 komandadan 15-i bəllidi. Bunlar “Real” (İspaniya), “Barselona” (İspaniya), “Atletiko” (İspaniya), “Bavariya” (Almaniya), “Leypsiq” (Almaniya), “Çelsi” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Monako” (Fransa), PSJ (Fransa), “Spartak” (Moskva, Rusiya), “Benfika” (Portuqaliya), “Porto” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), "Feyenoord" (Hollandiya)  və “Bazel” (İsveçrə) komandalarıdı.
 
Əsas komandası qrupa çıxmasa, U-19 Çempionlar yolunda mübarizə aparmalı olacaq. Buradakı mümkün 31 rəqibdən 15-i bəllidi. Bunlar “Krasnodar” (Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), “Anderelxt” (Belçika), “Bursaspor” (Türkiyə), APOEL (Kipr), “Lokomotiva” (Xorvatiya), “Hammarbü” (İsveç), “Molde” (Norveç), “Makkabi” (Hayfa, İsrail), “Kayrat” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan) və “Breydablik” (İslandiya) klublarıdı.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.