Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.
APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, Prezident Sarayı və diplomatik nümayəndəliklərin yerləşdiyi ərazinin yaxınlığında törədilən partlayış nəticəsində xeyli insan ölüb və yaralanıb.
Hüquq-mühafizə orqanların məlumatına görə, avtomobilin içərisində olan partlayıcı qurğu Almaniya səfirliyinin yanında işə salınıb. Partlayış nəticəsində Çinin Sinxua Xəbər Agentliyinin Kabildəki bürosunun binasına da ziyan dəyib.