Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Q. İbrahimov apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyib.
Q. İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrur şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.