Bakıda kommunal tipli yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
525.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda iki mənzil yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildə iki meyit aşkarlayıblar. Bunlar 2010-cu il təvəllüdlü Əhmədov Rauf Zahid oğlunun və 1949-cu il təvəllüdlü Korolyova Valentina Pavlovnanın meyitləri olub.
Yanğında daha iki nəfər yanıq xəsarəti alıb, bir nəfər isə tüstüdən zəhərlənib.
Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə bağlı təhqiqat aparılır.