Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında yanğın olub.
Lent.az-ın hadisə yerində olan əməkdaşı APA-ya bildirib ki, Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Yanğın söndürülüb.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, əraziyə 3 təcili yardım briqadası cəlb olunub: “İndiyə qədər yanğınla bağlı hospitalizə olunan olmayıb”.