Türkiyənin ən uzunmüddətli seriallarından olan "Arka sokaklar"ın bu mövsüm final edəcəyi söylənilmişdi.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın növbəti mövsüm də davam edəcəyi dəqiqləşib. 11 ildir serialın "Rza baba"sı olan Zafer Ergin 12-ci mövsümdə də ekranlarda olacaqlarını bildirib:
"Arka sokaklar"da mövzu bitməz, serial davam edəcək. Hazırda çəkilişdən gəlirəm".
O, Ramazan bayramından öncə mövsüm finalı olacağını əlavə edib.