APA-nın hadisə yerindən olan müxbiri xəbər verir ki, Əcəmi Naxçıvanı küçəsində çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindəki mənzillərdən birində yanğın olub.
Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu bildirilir.
Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib, yanğının qarşısı alınıb.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.