“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Qismən məhdudlaşma 2 gün ərzində qüvvədə olacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.