Bugünlərdə “Ustad” jurnalının iyun sayı işıq üzü görüb.
Jurnal Xalq yazıçısı İsa Muğannanın doğum günü münasibətilə ona həsr olunmuş Şəmil Sadiqin “İsanın iki yazıçısı - Hüseynov və Muğanna” məqaləsi ilə açılır. “Reportaj” bölməsində Ülviyyə Hüseynovanın IV İslam Həmrəyliyi Oyunlarının Bakıdakı açılış mərasimindən “Gücümüz həmrəylikdədir” reportajı yer alıb. “Tərcümə” bölməsində Asifə Əfəndinin uyğunlaşdırması ilə Halim Şafakın “Dahilər və eşqləri” araşdırması çap olunub. “Ustadı anaq” rubrikasında Cəlil Cavanşir “Misirə “Məhfuz pəncərəsi”ndən baxmaq” essesi ilə çıxış edib. “Ustad analizi” bölməsində Asif Rüstəmli “Poetik düşüncəli mütəfəkkir” məqaləsində şair, filosof Aslan Aslanovdan söz açıb.
“Kino” rubrikasında Sərdar Aminin “Sənətə silah çevriləndə - İran kinosu...” yazısı yer alıb.
Səma Fuadqızının memar Eldar Orucovla müsahibəsi “Rəssamlıq”da, Ülviyyə Heydərovanın gənc dirijor Mustafa Mehmandarovla müsahibəsi “Müsahibə” rubrikasında çap olunub.
Salidə Şərifova “Azərbaycan postmodern poeziyası” məqaləsi ilə “Ədəbiyyat” bölməsində çıxış edib.
“Ustad xatırlayır” rubrikasında Səbuhi Şahmursoyun tərcüməsində Marina Arsenevna Tarkovskayanın “Güzgü” filmi barədə xatirələri “Danışa bilərəm...” başlığı altında çap olunub.
Aytəkin Mirişova “İndividualizm Brendi- Ay VeyVey və ya Sadəcə gözəl insan” yazısı ilə “Sənət” rubrikasındadır. “Yeraltı” rubrikasında” Vaqif Əzizovun “Gözəl, çirkin və Kitsch” yazısı yer alıb. “Ustad mütaliəçi” bölməsində Cavid Qədir “Zorən yazıçı” essesi, “Ustad hekayə” bölməsində Müşfiq Xan “Gecikmiş rekviyem”, Murad Acı Təvəkkül Vəliyevin tərcüməsində “Göylərə ayaq basanlar”, Etqar Keret Rövşən Danyerinin tərcüməsində “Birdən qapı döyüldü”, Qafur Qulam Ülviyyə Heydərovanın çevirisində “Mənim oğru balam” hekayələri ilə çıxış ediblər.
“Ustad opera” rubrikasında Günel Eyvazlının tərcüməsi ilə Viktoriya Yeryominin “Ədəbiyyatın yüz nəhəng qəhrəmanı - Karmen” essesi çap olunub.
“Təəssürat” bölməsində Elxan Yurdoğlunun “Turan birliyi üçün yola çıxan odərlərin hekayəsi” və Vaqif Qurbanovun “Uşaq şairinin gənlik şeirinin həsrət romantikası və dili haqqında” esseləri yer alıb.
Şahanə MÜŞFİQ