İsrail ordusuna məxsus “Sky rider” pilotsuz uçan aparat (PUA) Qəzza zolağının cənubunda boş əraziyə düşüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hərbçilər hadisənin səbəblərini araşdırır.
Bildirilir ki, bu, son bir həftə ərzində ikinci analoji hadisədir. İyunun 29-da İsrail müdafiə ordusunun “Skylark” pilotsuz uçan aparat İordan çayının qərb sahilinə düşmüşdü.