|
|
|
|

Atlantikanın hər iki tərəfində davam edən iqtisadi böhran amerikalılar və avropalılar üçün ümumi problemlərin müzakirəsinə çevrilib.
Atlantikanın hər iki tərəfində dəfedilməz çətinliklər var. Hazırda transatlantik ittifaq ikiqat mühüm məsələ ilə qarşı-qarşıya durub.
Qeyd edək ki, digər tərəfdən, böhran dünya iqtisadiyyatının hakimiyyətə keçidi müzakirələr doğurur. Bu vəziyyət elə bir vaxta təsadüf edir ki, ABŞ və Avropa iqtisadiyyatı ləng artımdan və ictimai-iqtisadi bərabərsizliyin artmasından əziyyət çəkir.
Burada belə bir sual düşündürür: Niyə Çin müzakirə üçün, ümumi olaraq ən əhəmiyyətli mövzu kimi qalmaqdadır? ABŞ-da bir sıra aparıcı alimlərin fikrincə, “Çin təsiri” artıq ciddi nəticələr etməyə başlayıb.
Bundan əlavə, iqtisadi böhran yeni problemlərə səbəb olur və ABŞ-da ictimai-iqtisadi sistemdəki mövcud yolların qırılmasını daha da dərinləşdirməkdədir. Bu vəziyyətdə isə xüsusilə miqrantlar özünü zəif hiss edir. Miqrantlar özləri bildirirlər ki, “ABŞ-da adi vətəndaşlardan daha çox, miqrantlar iqtisadi böhranın təsirinə məruz qalır”.Miqrasiya ilə bağlı bu kimi vəziyyət, ABŞ və Avropa arasında müəyyən cəhətdən oxşar nümunədir.
Hazırda, elə hesab etmək olar ki, amerikalılar və avropalılar paradoksla üz-üzədir. Belə ki, iqtisadi böhran siyasətçiləri miqrantlarla bağlı təcrid və qoruyucu siyasət inkişaf etdirməyə məcbur edir. Bu da özü-özlüyündə “Avropa Qəsri” adlandırılan müzakirələri xatırladır. ABŞ da Avropa ölkələri kimi, dünyanın qlobal tərpənişi dövründə tam artım əldə etmək üçün açıq qapı siyasətini təqib etməlidir.
ÜMUMİLİKDƏ BU PARADOKSDAN ÇIXIŞ VARMI?
Qeyd edək ki, ABŞ-da iqtisadi böhran artıq bu məsələlər üzrə ideyalar uğrunda mübarizəyə başlayıb. Amerikalılar da əslində avropalı kolleqaları kimi, çətin seçim etməli və yaradıcı düşünməlidir. Görünüşə görə aydın məsələdir ki, cari problemlərin yüngül həlli mövcud deyil. Bununla belə, mövcud paradiqmalar heç kəsə milli və beynəlxalq səviyyədə daxil olan problemlərin həllinə dair kömək etmir. Bu, çox güman ki, iqtisadiyyatda dövlətin rolunu təkrar gözdən keçirmək vaxtın gəldiyini, “azad bazar” qabiliyyətini kökləməyin və iqtisadiyyatda miqrantların töhfəsini nizama salmağın gərəkdiyinə zəmin yaradır.
Qeyd edək ki, hazırda nə ABŞ da nə də Avropa ölkələrində bunların icrası elə də sadə məsələ deyil. Çünki ötən il miqrasiya üzrə ictimai mövqe əhəmiyyətli dərəcədə dəyişmədi, hətta Avropada, ərəb baharının təhlükəsi harada cərəyan edəcəyi təhlükəsi əsas məsələlərdən biri idi. Lakin 2008-ci ildən etibarən problem və ya imkan kimi miqrasiya xeyli az dəyişib. 2011-ci ildə isə 52% avropalı və 53% amerikalı miqrasiyanı daha ciddi problem kimi qələmə vermişdi.
“AVROPA QƏSRİ” – YENİ DÖVRDƏ XALQLARIN KÖÇÜRÜLMƏSİ
Qeyd edək ki, son onillikdə ümumavropa siyasətinin birinci planına irəli gəlmiş miqrasiya problemi çoxdankı tarixə malikdir. Əgər keçən əsrin başlanğıcında Avropa yeni müstəmləkə ərazilərinə öyrəşərək, “ağ” miqrasiyanın mənbəyi olmuşdusa, indi tamam əks proseslər cərəyan edir. Belə ki, ötən əsrdən fərqli olaraq hazırda miqrantlar Avropaya köçürlər.
AVROPA ÖLKƏLƏRİNİN MİQRASİYA SİYASƏTİ
Bu gün, miqrantları Vətəni tərk etməyə məcbur edən o qədər çox səbəblər mövcuddur ki, bəzi Avropa ölkələri miqrantlar üçün sərhədlərin tam bağlanması kimi radikal yollara əl atırlar. Bu miqrantların əhəmiyyətli hissəsini regional münaqişələrin qurbanları olan məhz siyasi qaçqınlar təşkil edir. Buna misal olaraq, Norveçi göstərmək olar. Ancaq Avropa ölkələrinin əksəriyyəti bir çox miqrant axınları olan ölkələrlə bağladıqları iqtisadi və diplomatik razılıqlara görə bu radikal yoldan istifadə mümkün olmur.
Ümumiyyətlə qeyd edək ki, həm iqtisadi tərəfdən həm də bir sıra müəyyən səbəblərdən dolayı Avropa ölkələri və ABŞ mühacirlərin qarşısını almaq üçün sərhədi bağlamırlar. Cenevrə Konvensiyası və Avropa Konvensiyası kimi belə beynəlxalq müqavilələrdə insan hüquqları haqqında bəndlərdə göstərilmişdir. Məhz bu sənədlər bir qayda olaraq, sərhədlərin miqrantların üzünə bağlanmasının qarşısını alır. Məhz insan hüquqları prinsipi sayəsində Avropaya miqrasiya davam etməkdədir.
Antimiqrasiya əhval-ruhiyyəsi bu gün Avstriyada, Almaniyada və İtaliyada müşahidə olunur. Qeyd edək ki, siyasi hədəflərdə istifadə olunan Avstriya onun bariz nümunəsidir.
Ümumilikdə miqrasiyanın bir neçə nəzəri ayrılıq və bölmələri mövcuddur.
İmperiya modeli – millətin bütün üzvlərini vahid hakimiyyət və ya vahid hökmdarın obyekti kimi qələmə verir. Etnik model milli mənsubiyyət tarixi köklər və ya vahid dil ümumiliyinin əsasını qoyan mədəniyyətə və vahid etnik ümumilik kimi izah etmək olar. Almaniya, ən azı, son ana qədər, bu tipin ən tipik nümayəndəsi idi.
Respublika modelində – vətəndaş statusu siyasi cəmiyyətə ləvazimatla əsasən təyin edilir. Mühacirlər ölkənin tamhüquqlu vətəndaşı olurlar, onlar onun siyasi qurumlarını qəbul edirlər. Fransada bu model hökm sürür. Fransa torpağında doğulan miqrantların körpələri Fransa vətəndaşlığını asanlıqla ala bilir.
Multimədəni modeldə – isə cəmiyyətin daxilində mədəni fərqlər demək olar heç hiss olunmur, miqrantlar burada təhsil sisteminin tamhüquqlu istifadəçisidir, əmək bazarından istifadə və evlə təminat, həmçinin qərarların qəbul olunmasının demokratik prosesinin tamhüquqlu iştirakçıları sayılır. Buna misal olaraq Niderlandı göstərmək olar. Məsələn, qeyri-Avropa vətəndaşları yerli səsvermə hüququna malikdir. Onların ölkədə beş il qanuni yaşamaq hüquqları və səs vermək və özünü milli seçkilərdə namizəd kimi nümayiş etdirmək hüququna malikdirlər.
Lakin indiyə qədər Avropa Birliyi miqrantlar və onların hüquqları haqda və vəzifələri barəsində vahid siyasət hazırlamayıb. Bu baxımdan da çıxılmaz vəziyyət dövlətlər arasında münasibətləri ciddi çətinləşdirir. Ölkələrdə miqrasiya ilə bağlı həll edilməmiş məsələlər qalmaqdadır. Onun həlli yalnız Avropa ölkələrinin milli ənənələrinin uyğunlaşdırılması yolunda və regionların sosial-mədəni mühitinin dəqiq analizindən əldə etmək olar.
Bir halda ki, vahid Avropa bazarının inkişafı bir çox şeydə hərəkət azadlığından müəyyən baxımdan asılıdır və əmək resurslarının portativliyi, müvəffəqiyyət və ya miqrasiya Avropa siyasi ideyasının təcrübələri baxımından sınaq xarakteri daşıyır. Görəsən yaxın gələcəkdə insan hüquqlarının və demokratiyanın qərb ideologiyasını özündə cəmləşdirən miqrasiya problemi öz həllini tapacaqmı? “Avropa Qəsri” miqrasiya ilə necə mübarizə edəcəklər, və ya bu qəsrə güclənən “hücuma” təslim olub-olmayacaqlarını ən yaxın gələcək göstərəcək.
Nəzərə almaq lazımdır ki, qeyri-adi vəziyyətlər, qeyri-standart düşüncəni və siyasi rəhbərliyi tələb edir. Bu baxımdan transatlantik ittifaqın müəyyən dərəcə də imkanları olduğunu vurğulamaq olar. Nə demək olar? Yaşayarıq, görərik...
Ülkər SƏMƏDOVA
newtimes.az



