|
|
|
|
Azərbaycanda daha bir avtobus qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Şamaxı rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı sərnişin mikroavtobusu “KamAZ” markalı yük maşını ilə toqquşub.
Nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



