|
|
|
|
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gürcüstandakı törəməsi olan "SOCAR Energy Georgia" MMC-dəki payını kəskin artırıb.
"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatında deyilir.
Sənədə əsasən, 2017-ci ilin mayın 29-da SOCAR törəməsindəki iştirak payını 16,34% artırmağa müvəffəq olub. Əqd SOCAR-a 34 mln. dollar və ya 58 mln. manata başa gəlib. Beləliklə, dövlət şirkətinin "SOCAR Energy Georgia"dakı payı 51%-dən 67,34%-ə yüksəlib.