
Hatayın Reyhanlı qəsəbəsində baş verən partlayışla bağlı yayım qadağası ləğv edilib.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, mayın 11-də Reyhanlı qəsəbəsində 15 dəqiqəlik fasilələrlə iki partlayış törədilib. Partlayış nəticəsində 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Reyhanlı Sülh Cəza Məhkəməsi partlayışdan bir gün sonra - mayın 12-də hadisədə ölən və yaralananlarla bağlı hər cür görüntünün yayılmasını qadağan edib.
Qadağa bu gün ləğv edilib.



