|
|
|
|
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Suraxanı Rayon İcra Hakimiyyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Zığ qəsəbə Mədəniyyət Evində “Dindarlıq və vətəndaşlıq mövqeyi” mövzusunda mühazirə təşkil edilib.
Fonddan 525.az-a verilən məlumata görə, tədbirdə Bilik Fondunun, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, Suraxanı Rayon İcra Hakimiytyətinin əməkdaşları və Zığ qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Suraxanı Rayon İcra Hakmiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşid Məmmədov qonaqları salamlayıb, Suraxanı Rayon İcra Hakimiyyəti və Bilik Fondunun aktual mövzularda təşkil etdikləri mühazirələrdən söhbət açıb. Natiq həmçinin bu tədbirlərin keçirilməsində yaxından iştirakına və dəstəyinə görə Bilik Fonduna təşəkkürünü bildirib.
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı dinləyicilərə Bilik Fondunun maarifçilik missiyasından bəhs edərək bildirib ki, əhali daha çox məlumatlı, bilikli olmalıdır ki, müxtəlif dini təriqətlərə meyl yaranmasın, islamın təmizliyi və Azərbaycanın dövlətçiliyi bizim bilikli və savadlı olmağımızdan çox asılıdır.
Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsnin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Akşin Axundov “Dindarlıq və vətəndaşlıq mövqeyi” mövzusunda məruzə ilə çıxış edib. Mərzuzəçi Azərbaycan dövlətinin bütün təriqətlərə və dinlərə, həmçinin etniklərə tolerant yanaşdığını dilə gətirib. Bu yönümdə dövlət səviyyəsində görülən işlərdən söhbət açıb, faktları dinləyicilərin diqqətinə çatdırıb. Ulu öndər Heydər Əliyevin dinlə bağlı başladığı layihə və proqramların bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.
Məruzə dinlənildikdən sonra əhali arasından müxtəlif sual və təkliflərlə çıxış edənlər olub. Tədbir müzakirə şəklində davam edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin sosial sifarişlər əsasında maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. İdeoloji, iqtisadi, mədəni, hüquqi və tibbi maarifləndirmə ilə bağlı tədbirlər ölkənin nüfuzlu elm bə təhsil müəssisələri, dövlət qurumları və ictimai təşkilatlar, şəhər və rayonların icra hakimiyyəti orqanları ilə birgə təşkil olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Suraxanı rayonunda keçirdiyi silsilə mühazirələr davam edir.