ABŞ-ın İrəvandakı səfiri Riçard Millz “Xosrov meşəsi” qoruğunda avqustun 12-dən tüğyan edən yanğının söndürülməsində Rusiyanın göstərdiyi yardıma görə rusiyalı həmkarına minnətdarlığını bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Təbiətin Mühafizəsi Nazirliyinin məlumatında bildirilir.
Səfir əlavə edib ki, ABŞ Meşə Xidmətinin bir qrup mütəxəssisi gələn həftə Ermənistana gələcək. Riçard Millzin sözlərinə görə, meşələrin yanmış hissələrinin bərpası ilə məşğul olan amerikalı mütəxəssislər Ermənistanın müvafiq qurumlarına yardım edəcəklər.