Rusiyada ilk dəfə pilotsuz uçuş aparatları üçün döyüş sursatları hazırlanıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "RİA Novosti"yə müdafiə sənayesi kompleksindəki mənbə bildirib.
Mənbə deyib ki, pilotsuz uçuş aparatları üçün hazırlanan sursatın döyüş hissəsinin kütləsi 50 kq təşkil edir:
“Bu layihə üç il ərzində "Aviaavtomatika" təcrübə-mühəndislik bürosu (Kursk) və"VAYS-Texnika" şirkəti ilə birlikdə həyata keçirilir.
Pilotsuz uçuş aparatları üçün idarə olunan silahlar 15, 25, 50 və 10 kq çəkidə olacaq. Onların hədəfi vurma məsafəsi planlaşdırılmış rejimdə 12 km-dən 20-km-dək, mühərrikdən istifadə olunduğu təqdirdə isə 100 kilomterdək olacaq”.