Rusiyanın Birinci kanalının müxbiri Anna Kurbatova Ukraynadan ölkəsinə deportasiya ediləcək.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Elena Qitlyanskaya feysbuk səhifəsində yazıb.
O bildirib ki, hazırda deportasiya üçün zəruri sənədləşmə işləri aparılır.
E. Qitlyanskaya deyib ki, rusiyalı təbliğatçı zorla ölkəsinə qaytarılacaq, Ukraynanı rüsvay etməyə çalışan hər kəsin sonu belə olacaq.
Qeyd edək ki, Rusiyanın Birinci televiziya kanalının müxbiri Anna Kurbatovanın Kiyevdə oğurlanması haqqında məlumat yayılmışdı.