Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla qarşıdurma zamanı Misir Daxili işlər nazirliyinin 54 əməkdaşı həlak olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“54 polis əməkdaşı həlak olub, onlardan 20-si zabitdir”, deyə mənbə bildirib. Hazırda əməliyyatın başa çatdığını deyən mənbə terrorçuların itkiləri barədə məlumat verməyib.