Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Oçeretino qəsəbəsinin Rusiya ordusu tərəfindən tutulduğunu bildirib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.
Rusiya ordusunun Ukraynada döyüşləri davam etdirdiyi və bir çox nöqtələrdə mövqelərini yaxşılaşdırdığı bildirilən bəyanatda: “Mərkəzi Qüvvələr Qrupunun bölmələri aktiv hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Oçeretino qəsəbəsini bütünlüklə azad edib", - deyilib.
Malik Atilay