ABŞ-də Ağ evin kampusunun təhlükəsizlik baryerlərinə çırpılan avtomobilin sürücüsü ölüb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, ABŞ Gizli Xidmətinin verdiyi açıqlamaya görə, Vaşinqtonda yerli vaxtla saat 22:30-da yüksək sürətlə gələn avtomobil Ağ evin təhlükəsizlik baryerlərinə çırpılıb.
Açıqlamaya görə, qəzadan sonra avtomobildə ölü tapılan sürücünün şəxsiyyəti hələ müəyyən edilməyib və həyata keçirilən təhlükəsizlik protokollarına uyğun olaraq Ağ ev üçün hər hansı təhlükə aşkar edilməyib.
Açıqlamada hadisə "sadəcə yol-nəqliyyat hadisəsi" kimi qiymətləndirilib və araşdırmanın polis tərəfindən aparılacağı bildirilib.
Malik Atilay