İsrail tamamilə tək qalsa belə özünü sona qədər müdafiə etməyə hazırdır.
525.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu xatırladıb ki, 80 il əvvəl Holokost zamanı yəhudi xalqı onları məhv etmək istəyənlərlə baş-başa qalıb. Onun sözlərinə görə, indi oxşar vəziyyət yaranır. Baş nazir dünya liderlərinə müraciət edərək bildirib ki, beynəlxalq təzyiqlərə baxmayaraq, İsrail özünü müdafiə etməyə davam edəcək.
Havar Şəfiyeva