Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.
Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, dekabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 8-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dekabrın 07-də 4-6 dərəcə aşağı enəcək.