|
|
|
|
"2017-ci ildə Coğrafiya İnstitutunun iqlim dəyişmələri ilə bağlı apardığı tədqiqat nəticəsində müəyyən olunub ki, respublikada yağıntının miqdarı azalıb, buxarlanma isə çoxalıb".
APA-nın xəbərinə görə, bunu Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun 2017-ci ildəki elmi və elmi-təşkilatı fəaliyyətinin yekunları haqqında hesabat xarakterli tədbirdə deyib.
R. Məmmədov qeyd edib ki, təkcə Şəki-Zaqatala bölgəsində yağıntının miqdarının artdığı müşahidə olunur.
İnstitut direktorunun sözlərinə görə, bu tədqiqat çərçivəsində insan səhhəti və hava-iqlim prosesləri arasında əlaqələr də öyrənilib və müəyyən edilib ki, digər fəsillərlə müqayisədə qışda təcili tibbi yardım üzrə ümumi çağırışların sayı artır.
“Nəticə olaraq ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün qış fəsli ən əlverişsiz dövr kimi səciyyələnib, eyni zamanda ölüm hallarının sayı da daha çox olub”, - deyə o əlavə edib.