Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu qismən açılıb.
APA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 14:00-dan etibarən minik avtomobilləri üçün yol açılıb. Yük avtomobillərinə qoyulan qadağa isə hələ ki, qüvvədədir”, məlumatda deyilir.
Hərbi Gürcüstan yolu qeyri-sabit hava şəraiti ilə əlaqədar yanvarın 1-dən bağlanmışdı.