|
|
|
|
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin üzvü, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu Avstriyanın paytaxtı Vyanaya yola düşəcək.
525.az-a BMİ-nin Azərbaycan Milli Komitəsinin informasiya departamentindən verilən məlumata görə, U.Rəhimoğlu Vyanaya BMİ-nin idarə heyətinin toplantısında iştirak etmək üçün gedir. İdarə heyətinin toplantısında BMİ-nin il ərzində fəaliyyəti, qarşıda duran işlər və bir sıra məsələlər barədə müzakirələr aparılcaq.
Toplantıda bu günlərdə Bakıda keçirilən “Neft, qaz və media” konfransının nəticələri də müzakirə ediləcək.
Xatırladaq ki, U.Rəhimoğlu bu il iyun ayında Cənubi Qafqaz regionundan, həmçinin Avropa və Asiya qonşuluğunda olan ölkələrdən BMİ-nin idarə heyətinə seçilən ilk media təmsilçisidir.