|
|
|
|
17 saylı Yasamal III seçki dairəsində aprelin 11-də keçiriləcək prezident seçkisinə hazırlıq işləri davam edir.
Dairə seçki komissiyasının sədri Qədir Kərimovun sechki-2018.az saytına verdiyi məlumata görə, dairə üzrə 28 məntəqə yaradılıb. 10 məntəqədə veb-kameralar quraşdırılıb.
Seçki dairəsi üzrə seçicilərin ümumi sayının 28 min 451 nəfər olduğunu deyən Q.Kərimov qeyd edib ki, 480 nəfər şəxs seçkilərdə ilk dəfə iştirak edəcək.
Dairə sədri seçkiyə hazırlıq işlərinin MSK tərəfindən tərtib olunan plana uyğun davam etdirildiyini bildirərək deyib: “Dairə üzrə bütün seçki məntəqələrində prezident seçkilərinə hazırlıq prosesində heç bir gecikmə yoxdur, işlər ardıcıl şəkildə həyata keçirilir”.