|
|
|
|
"Bakıda keçirilən humanitar forum insanlıq üçün çox vacibdir".
525.az-ın məlumatına görə, bu barədə jurnalistlərə İSESCO-nun baş direktoru Əbdüləziz Əl-Tüveycri deyib. Çətin dövrün yaşandığını deyən baş direktor hazırda dünyada bir çox münaqişələrin və müharibələrin olmasına diqqət çəkib:
“Bəşəriyyəti daha böyük bəlalardan qurtarmaq üçün bizim müdrik insanlara ehtiyacımız var. Düşünürəm ki, bu forum bəyanat qəbul etməklə başa çatsa, bu, bütün insanları, xalqları, hökumətləri, beynəlxalq təşkilatları qarşılıqlı hörmətə, mədəni müxtəlifliyə, beynəlxalq qanunlara, insan ləyaqətinin və insan hüquqlarının müdafiəsinə söykənən daha humanist dünya yaratmağa çağırmağa kömək edəcək”.