“Erməni vandallar, Ermənistan rəhbərliyi bizim tariximizə qarşı da soyqırımı törədib, məscidlərimizi dağıdıblar. Amma onlar başa düşmürlər ki, dağılmış məscidləri qəlbimizdə yaşadırıq”.
APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.
Dövlət başçısı bildirib ki, dağıdılmış məscidləri qəlbimizdə ucaltmışıq:
“Torpaqlarımız işğaldan azad ediləndən sonra erməni vandalları tərəfindən dağıdılmış Şuşa məscidinin oxşarını Cocuq Mərcanlıda tikdik. Bu gün o torpaqlarda insanlarımız ibadət edə bilərlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq”.