Qazaxıstanda azərbaycanlı general mükafata layiq görülüb.
Qazaxıstandakı "Heydərçi Azərbaycanlı Gənclər" təşkilatının rəhbəri Bəhruz Axundov APA-ya bildirib ki, general Şahin Nəsibov prezident Nursultan Nazarbayev tərəfindən “Kurmet” medalı ilə təltif edilib.
Bundan başqa, general türkdilli ölkələr arasında "İlin qızıl adamı" mükafatına da layiq görülüb.
Mükafat İstanbulda, TÜRKSOY tərəfindən təşkil olunan “İlin qızıl adamları mükafatlandırma mərasimi”ndə təqdim olunub.
General Şahin Nəsibov əslən Borçalı mahalındandır, 1965-ci ildə Qazaxıstanda doğulub.
Tibb Universitetini və Moskva Dövlət Universitetini bitirib.
O, eyni zamanda, Qazaxıstan Beynəlxalq İnsan Hüquqları Komitəsinin sədr müavinidir.