Ermənistanda baş nazirin seçiləcəyi yeni tarix açıqlanıb.
APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, mayın 8-də parlamentin bununla bağlı iclası keçiriləcək.
Bu barədə parlamentin sədri Ara Babloyan məlumat verib.
O qeyd edib ki, baş nazirin seçkisi il bağlı xüsusi iclas yerli vaxtla saat 12:00-da başlayacaq.
Xatırladaq ki, mayın 1-də keçirilən iclasda baş naziri seçmək mümkün olmayıb. Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyan 53 səsə ehtiyac olduğu halda, 45 səs toplayıb.