Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş katibinin müavini, finlandiyalı Tero Varyoranta istefa verib.
APA-nın məlumatına görə, bu barədə “Helsingin Sanomat” qəzeti Agentliyə istinadən xəbər verib.
Məlumata əsasən, T.Varyoranta İranın nüvə obyektlərinin yoxlanılması ilə məşğul olub. Onun istefası ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmadan çıxması ilə əlaqələndirilir.
2015-ci ildə “Helsingin Sanomat”a verdiyi müsahibədə, T.Varyoranta İranla bağlı razılaşmanın "əldə edilə biləcək ən yaxşı nəticə" kimi qiymətləndirib.
Qeyd edək ki, Tero Varyoranta 2013-cü ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibinin müavini təyin edilib.