ABŞ-da keçirilmiş “Gallup” sorğusuna əsasən, amerikalıların 50 faizdən çoxu dünya və ölkə ərazisində baş verənləri televiziyadan əldə edir. İnternet-KİV və sosial şəbəkələr populyarlığına görə ikinci yeri tutub.
Rəyi soruşulanların təxminən 55 faizi bildirib ki, onlar televiziyaya xəbərlərə görə baxırlar. Respondentlərin 8 faizi öz səsini “Fox”, 7 faizi isə “CNN” kanalına verib.
İnternetə üstünlük verənlərin 21 faizi hansı onlayn-medianı oxuduğunu dəqiqləşdirməyib.
azertac