"Hədəf" Nəşrləri və "XAN" Nəşriyyatı Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kitab sərgi-yarmarkasına start verir.
Nəşriyyatdan verilən məlumata görə, sərgi-yarmarka avqustun 15-dən etibarən bir ay müddətində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına parkda keçiriləcək.
Həftənin bütün günləri təşkil olunacaq sərgi-yarmarka hər gün 11:00-dan 22:00-a qədər davam edəcək.
Sərgi müddətində "XAN" Nəşriyyatının yazarlarının oxucularla görüş günləri nəzərdə tutulub.
Sentyabrın 15-nə qədər davam edəcək Kitab Sərgi-Yarmarkasında nəşrlərə böyük endirimlər olacaq.