https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

Erməni idmançılar Bakıda: "Mxitaryan şou"suna cavab

Erməni idmançılar Bakıda: "Mxitaryan şou"suna cavab

Sabah Bakıda start götürəcək aerobika üzrə Avropa çempionatında erməni idmançılar da mübarizə aparacaq.

SİA-nın məlumatına görə, Rusiya millisinin heyətində yarışan Qarsevan və Duhik Canazyan bacı-qardaşları artıq paytaxtımızdadırlar.

Azərbaycan dövləti tərəfindən verilən bütün təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Avropa Liqasının paytaxtımızda keçiriləcək final oyununa gəlməkdən imtina edən "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryandan fərqli olaraq, həmvətənləri heç bir problem yaşamadan ölkəmizə gəliblər.

Bu isə bir daha onu göstərir ki, Azərbaycan idmanı siyasətə qarışdırmır. Bakıdakı yarışlarlarda iştirak etmək istəyən istənilən erməni idmançının təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilir. Qarsevan və Duhik Canazyanın Bakıda keçirilən turnirdə iştirakı Mxitaryanın final oyununa gəlməməsinə görə Azərbaycanı günahlandıranlara növbəti layiqli cavabdır.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək aerobika üzrə Avropa çempionatı sabah start götürəcək.

Yarışda 22 ölkənin idmançıları mübarizə aparacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.