Son dövlərdə aksesur kimi istifadə olunan eynəklər makiyaj mövzusunda bizi bir qədər çətinə salır. Qalın dördkünc çərçivəli eynəklər dəbli göstərsə də, makiyaj azadlığını qısıtlayır.
525.az sizlərə eynək istifadəsi zamanı etməməyiniz gərəkən makiyajları təqdim edir:
1. Göz qələmi
Göz qələminizin rəngini eynəyiniz ilə eyni rəngdə seçməyin. Əgər eyni rəngdə göz qələmindən etsəniz, bu sizin gözlərinizi olduğunuzdan daha balaca göstərəcək. Bu səbəblə eynəklərinizin çərçivə rəngindən ən azı iki ton açıq qələmdən istifadə edin.
2. Tuş
Əgər eynək istifadə edirsinizsə alt kiprikləinizə tuş çəkməyin. Çünki alt kipriklərinizə tuş vurmaq gözaltınızı daha tünd rəngdə görünməsinə gətirib çıxaracaq. Beləliklə siz yorğun görünəcəksiniz.
3. Üz makiyajı
Eynək taxarkən bütün diqqət gözlərinizə cəmlənsə də, üz makiyajınıza da mütləq fikir verin. Üz dərinizdə olan sızanaq və ləkələri tonal kremlə gizlətməyə çalışın.
4. Korrektor
Gözaltınız üçün sarı rəngli korrektordan istifadə edin. Bu rəng korrektor sizə daha gümrah görüntü əldə etməyinizə kömək edəcək.
5. Kölgəli göz makiyajı
Çalışın kölgəli göz makiyajını linza taxarkən edəsiniz. Çünki eynək istifadə edərkən etdiyiniz bu tip göz makiyajında tünd rənglər xoş görüntü yaratmayacaq. Dəbli bir görüntü gözləyərkən əldə edəcəyiniz yorğun görüntü ola bilər. Bunun yerinə göz qapaqlarınızda daha açıq rənglərdən istifadə edin. Göz qapaqlarının qatlanan yeri üçün isə bir qədər tünd rəng seçməyiniz məsləhət görülür.
Xədicə RƏHMAN