Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Türk Ocaqları Mərkəzinin 2017-ci il üçün “Nihal Atsız, Türk Ocaqları Türk Dünyasına Xidmət Ərməğanı”na layiq görülüb.
“Türk Ocaqları Ərməğanları” Mərkəzin İdarə heyətinin qərarı ilə 1986-cı ildən etibarən dörd, 1994-cü ildən 5 və 2010-cu ildən səkkiz nominasiya üzrə verilir.
Mükafatlandırma mərasimi Mərkəzin martın 24-də 106-cı Quruluş İldönümü toplantısında keçiriləcək.