../img/pics/medium/163107_n5rxk3qxyo.jpg Rəşad Məcid: "Prezidentin bu sərəncamı jurnalistlərdə xoş ovqat yaratdı"
../img/pics/medium/163104_h28vp178eu.jpg İddiasız yaşaya bilmək - Professor Nəsir Əhmədlinin doğum gününə
../img/pics/medium/163102_gu1hp5klho.jpg Qısa ömrün böyük və aydın izləri - Şahanə Müşfiqin yazısı
../img/pics/medium/163106_ssyj56p8xq.jpg Azərbaycan polisi: Anda sədaqət nümunəsi
SON XƏBƏRLƏR
2 İyul 2020
1 İyul 2020

Oksana: "Buna görə də uzun və enli geyinirdim"

Oksana: "Buna görə də uzun və enli geyinirdim"<b style="color:red"></b>

Rəqqasə və aktrisa Oksana Rəsulova qısa zamanda necə arıqlamasından, ana olandan sonra həyatında baş verən dəyişikliklərdən söz açıb.

Axşam.az-ın suallarını cavablandıran Oksana bildirib ki, uzun müddətdir sağlam qidalanır:

"Süd verilən zaman düzgün qidalanmaq lazım idi. Daha sonra klinikada iynəsiz prosedurlar etdirdim. Ora bir çox insan gedir, ancaq hər kəs arıqlaya bilmir. Çünki prosedurlarla yanaşı, düzgün qidalanmaq da labüddür. Dörd gündən bir istədiyim yeməklərdən yeyirəm, qalan günlər isə sağlam qidalanıram. Bu, mənə çox xoşdur. Tort, şirniyyat və digər qidaları da yeyirəm, amma qədərində".

Rəsulova bir müddət uzun və geniş libaslara müraciət etməsinə də aydınlıq gətirib:

"Uşaq doğulandan sonra kök idim deyə, onları ört-basdır etmək üçün geniş və uzun libaslar geyinirdim. İstəmirdim ki, daha da kök görünüm. Hazırda hamiləlikdən öncəki Oksanaya qayıtmışam. Ona görə də istədiyim kimi geyinirəm".

Aktrisa söyləyib ki, bəzən analar görüntülərində olan dəyişikliyə görə övladlarından imtina edir:

"Hər bir ana fiziki cəhətdən dəyişə bilər, şişkinlik ola, üzü sallana, qolları, əlləri ətli qala bilər. Bir çox analar bundan depressiyaya düşür. Elələri var ki, öz görüntüsünə görə, uşaqdan imtina edib, onlara sevgi vermirlər. Övlada görə hər şey etməyə dəyər. Arıqlamasam da, heç vaxt heyfslənməzdim. On il də bu görüntüdə qalsaydım, peşman olmazdım. Məni sevən olduğum kimi qəbul etməlidir və edir".

Oksana ana olandan həyata baxışının dəyişdiyini deyib:

"Ana olandan sonra insan dəyişir. Başqa şeyə dəyər verəndə, digərinin daha qiymətli olduğunu görürsən. Hər şeyi götür-qoy edirsən. Əvvəllər çox səbirsiz idim, əsəbiləşirdim, aqressiv yanaşırdım. Hazırda eşitmirəm, qulaq asmıram. Çünki bunlar artıq maraqlı deyil".

"Natavan Həbibini təbrik etmişəm, inşallah, yığıncaq edər, yenə gedib, təbrik edərəm" deyə, Oksana eks-rəfiqəsindən də söz açıb.

Sənətçi yaradıcılığından da danışaraq, "Oksi media" şirkətinin yeni film istehsal etdiyini bildirib:

"Bu yay romantik melodram çəkirik. Baş rolda mən və Şəhriyar Əbilovdur. Adı isə hələ ki yoxdur".


 
Bölmənin digər xəbərləri
Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır
Rotterdam Şəhər Şurasının üzvləri 2021-ci ildə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsinə səs veriblər. ...
24.04.20
Məşhur ifaçı koronavirusa yoluxdu Məşhur ifaçı koronavirusa yoluxdu
Amerikalı müğənni Pink koronavirusa yoluxduğunu açıqlayıb. ...
04.04.20
Arif Quliyev qadağanı pozdu Arif Quliyev qadağanı pozdu
Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib. ...
26.03.20
Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu
Həbsdə olan tanınmış Hollivud prodüseri Harvey Vaynştayn koronavirusa yoluxub. ...
23.03.20
Aktrisa Muhterem Nur vəfat edib Aktrisa Muhterem Nur vəfat edib
Türkiyənin məşhur aktrisası vəfat edib. ...
20.03.20
"Netflix" koronavirusla əlaqədar çəkilişləri dayandırıb
Şimali Amerikada yeni növ koronavirusun yayılması ilə əlaqədar “Netflix” şirkəti serial və filmlərin istehsalını dayandırıb. ...
16.03.20
Məşhur aktyorla həyat yoldaşı koronavirusa yoluxdu Məşhur aktyorla həyat yoldaşı koronavirusa yoluxdu
Dünayca məşhur amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub. ...
12.03.20
Xumar Qədimova Xumar Qədimova "Neylərəm" layihəsini təqdim etdi - Fotolar
Bu gün "AzərKitab"da Əməkdar artist Xumar Qədimovanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Neylərəm" qəzəlinə həsr olunmuş kompozisiya və klipinin təqdimatı keçirilib. ...
01.11.19
Fədayə Laçın: Fədayə Laçın: "Sevənlərimdən üzr istəyirəm"
Bu gün həbsdən azadlığa buraxılan Fədayə Laçın jurnalistlərin suallarını cavablandırıb. ...
29.10.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.