Baş nazir Rəcəp Tayyib Ərdoğan bu gün Türkiyə hökumətinin yeni tərkibini açıqlaya bilər.
Lent.az-ın Türkiyənin “Radikal” qəzetinə istinadən xəbərinə görə, baş nazir 10 illik hakimiyyəti dövründəki ən ciddi islahata hazırlaşır.
Məlumata görə, bələdiyyə seçkilərində namizəd olacaq 3 və adı korrupsiyaya qarışan 4 nəfərlə bərabər daha bir neçə şəxs yeni hökumətdə olmayacaq. Bu isə o deməkdir ki, Ərdoğan hökumətin təxminən yarısını dəyişəcək.
Yeni hökumət kabinetinin artıq dəqiqləşdiyi və Ərdoğanın cibində olduğu bildirilir. Qeyd edilir ki, baş nazir prezident Abdullah Güllə siyahı üzərindəki son görüşdən sonra yeni hökumətin tərkibini açıqlayacaq.
Yeni hökumət kabinetinin bu gün açıqlana biləcəyi deyilir. Ancaq bu gün Türkiyə parlamentində büdcə müzakirələrinin sonuncu gününün olduğu üçün yeni kabinetin Ərdoğanın Pakistana səfərindən sonraya qalacağı gözlənilir.