../img/pics/medium/166408_429mmjeowj.jpg "525-ci qəzet"in 14 avqust sayında nələr var? - ANONS
../img/pics/medium/166391_65apmburiy.jpg Bizim Feysbuk - Şəfa Vəli yazır
../img/pics/medium/166389_5sjz5jrj82.jpg "Qanun"un kitab boğçasının yeni töhfələri - Şahanə Müşfiqin yazısı
../img/pics/medium/166388_mxhw13vl2y.jpg Təhsildə uğurlu layihə: modul tipli məktəblər
SON XƏBƏRLƏR
14 Avqust 2020
13 Avqust 2020

Yeni türk serialları uğur qazanmadı

Yeni türk serialları uğur qazanmadı<b style="color:red"></b>

Türkiyədə yeni mövsüm serialları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmayıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu il ötən illərlə müqayisədə yeni seriallar uğur qazanmayıb. Gözlənilən reytinqi verməyən seriallardan birincisi “Son yaz Balkanlar 1912” olub. Serialın baş aktyoru olan Hazal Kaya burda rol almaq üçün “Adını Feriha Koydum”dan ayrılıb. “Feriha” obrazı ilə tamaşaçıların sevimlisinə çevrilən Kaya bu serialda gözlədiyi nəticələri almadığını deyib. Hətta ötən həftə serialın efirdə yayımını dayandırması haqda da fikirlər dolaşmışdı. Lakin serial hazırda da efirdə yayımını davam etdirir.

Hazal Kayanın tərk etdiyi “Adını Feriha Koydum” isə adını genişləndirirək “Adını Feriha Koydum: Emirin Yolu” olub. Ötən mövsüm izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan serial bu mövsümdə uğur qazanmayıb.

“Sudan Bıkmış Balıklar”,”İbreti Ailem” və digər seriallar da uğur qazanmayıb. Eləcə də "Ustura Kemal" serialının da yayımının dayandırılacağı deyilir. Fahriyye Evcenin rol aldığı "Veda" serialının dayandırılacağı xəbərini isə Kanal D rəhbərliyi təkzib edib.

Eyni zamanda keçən mövsüm reytinqdə üst sıralarda yer alan "İffet" serialı da əvvəlki marağını itirdiyi üçün yekunlaşdırılıb. "Düşman kardeşler", "Annem uyurken" seriallarının da efir həyatı az sürüb.

Nigar Məhərrəm


 
Bölmənin digər xəbərləri
Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır
Rotterdam Şəhər Şurasının üzvləri 2021-ci ildə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsinə səs veriblər. ...
24.04.20
Məşhur ifaçı koronavirusa yoluxdu Məşhur ifaçı koronavirusa yoluxdu
Amerikalı müğənni Pink koronavirusa yoluxduğunu açıqlayıb. ...
04.04.20
Arif Quliyev qadağanı pozdu Arif Quliyev qadağanı pozdu
Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib. ...
26.03.20
Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu
Həbsdə olan tanınmış Hollivud prodüseri Harvey Vaynştayn koronavirusa yoluxub. ...
23.03.20
Aktrisa Muhterem Nur vəfat edib Aktrisa Muhterem Nur vəfat edib
Türkiyənin məşhur aktrisası vəfat edib. ...
20.03.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.