Bu gün saat 13:40 radələrində Bakının Binəqədi rayonundakı çörək sexlərindən birində güclü partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsindəki sexdə baş verib.
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə 2 yanğınsöndürən maşın və xilasedicilər yollanıb.
ANS TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış nəticəsində 1 qadın ölüb, 3 qadın isə yaralanıb.
Hələlik hadisəsnin səbəbi bilinmir.